Bakı Sağlamlıq Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Bakı Sağlamlıq Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilmişdir. Klinikamızda müalicə alan şəhid anası Fədayə Kazımova və igid qazimiz Yusif Ağaməmmədovun müalicə aldığı şöbədə kollektiv tədbiri keçirilmişdir. Tədbirdə həmçinin Mərkəzimizdə çalışan şəhid olmuş zabitimiz Rovşən Nurzadənin həyat yoldaşı və Vətən müharibəsi iştirakçıları olan əməkdaşlarımız da iştirak etmişlər. Giriş nitqi ilə çıxış edən Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının dəmir yumruğu ətrafında birləşən rəşadətli ordumuzun mənfur düşmən üzərində şanlı qələbə çalmasından, bu haqq savaşında canlarını fəda edən şəhidlərimiz və qəhrəman qazilərimizin Azərbaycan ordusunun gücünü və qüdrətini dünyaya nümayiş etdirməsindən bəhs etmişdir. Tədbirin sonunda Asiman Həsənov Vətən Müharibəsi iştirakçılarına Azərbaycan Dövlətinin gücünü simvolizə edən “dəmir yumruq” suvenirini hədiyyə etmişdir. Tədbirdən görüntüləri Sizlərə təqdim edirik. "Zəfərin mübarək , Azərbaycan!"

Diqər xəbərlər